Cam balkon ilk dəfə Finlandiyada hazırlanmış və istehsal edilərkən əsas məqsəd quşları eyvanlardan uzaq tutmaq olmuşdur. İlk sistemlər tamamilə alt hissədən daşınırdı və yük sadəcə alt təkərlərə düşürdü. Zamanla inkişaf etdirilərək bugünkü müxtəlif növ sistemlər ortaya çıxmışdır. Eyvanların şüşə ilə bağlanması əvvəlcə Avropaya, ordan da bütün dünyaya yayılmışdı. Bizim əsasən cam balkon məhsullarını idxal etdiyimiz ölkə olan Türkiyədə ilk dəfə 1996-cı ildə Ankarada istehsalı başlanmışdır.

Sürmə cam balkon

Sürgülü cambalkon sistemleri iç və çöl məkanlar – eyvan, qış baxçası, kafe, restoran,vitrin və s. arakəsməsi üçün yararlıdır. Dar məkanlar üçün ideal bir sistemdir, beləki, açıldığı zaman öz relsində üst-üstə yığıldığı üçün yer tutmur. Bundan əlavə şüşə panellər içəri qatlanmadığı üçün pərdə istifadəsi çox rahatdır, sinəklik quraşdırılması mümkündür. Profil və şüşə rəng çeşidlərinin çox olması isə evinizə uyğun rəng seçimi etmənizi asanlaşdırır.

DİZAYN XÜSUSİYYƏTLƏRİ

Hərəkət: Sürüşmə
Şüşə Qalınlığı: 10mm və 20mm (4+12+4)
Şüşə növü: bərkidilmiş / laminatlı / bərkidilmiş ikiqat şüşə
Sistemin maksimal hündürlüyü: 2800 mm (şüşə 10 mm və 20 mm), 2200 mm (şüşə 8 mm)
Maksimum panel genişliyi: 1000 mm

cam balkon, cam balkon sistemleri, cam balkon qiymetleri, serfeli cam balkon, turk istehsali cam balkon, cam balkon qurasdirilmasi

Asqılı sistem cam balkon

Bu sistemin əsas xüsusiyyəti üstdən asqılı olaraq hərəkət etdiyindən kandarsız (alt hissəsində heç bir maneənin olmaması) olması və istənilən tərəfdə şüşələri toplamaq mümkündür. İstənildiyi təqdirdə bütün şüşə panelləri bir tərəfə yığaraq məkanları genişləndirə bilərsiz. Restoran, kafe, qış baxçalarını bağlamaq və evlərdə, iş yerlərində arakəsmə olaraq istifadə üçün ideal istemlərdir.

DİZAYN XÜSUSİYYƏTLƏRİ

Şüşə növü: bərkidilmiş/laminatlı
Sistemin maksimal hündürlüyü: 4000 mm
Panelin maksimal eni: 1000 mm
Yerdə bir eşik tələb etməyən və zonaları ayırmaq üçün sadəliyə ehtiyacı duyulan, kafelər, ticarət mərkəzləri, ofislər kimi qapalı və açıq yerlər üçün xüsusilə uyğundur.
Aşağı və yuxarı panel fırçaları, toz, su və s. keçməsini minimuma endirir.
Döşəmə pinlərini fiksasiya edən gizli aralıq panelləri sayəsində maksimum təhlükəsizlik

cam balkon, cam balkon sistemleri, cam balkon qiymetleri, serfeli cam balkon, turk istehsali cam balkon, cam balkon qurasdirilmasi

Özündən pərdəli cam balkon sistemləri

Bu sistemlərdə hər şüşə lövhə üzərində ayrıca pərdə olur. Pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Yalnız eyvanlarda deyil, eyni zamanda qış bağçası, kafe, restoran və s məkanlarda da istifadə üçün ideal sistemlərdir.Pərdələr uzun müddət günəş şüalarının təsirinə davamlıdır, rəngi solmur, təmizlənməsi çox rahatdır. Pərdələr üçün istifadə olunan yaylar İtaliya istehsalıdır. (marka Mottura)

DİZAYN XÜSUSİYYƏTLƏRİ

Hərəkət: qatlama
Bütöv şüşəli slayd və növbəli sistem
Hər şüşə lövhədə ayrı pərdə
Şüşə qalınlığı:10 mm
Şüşə növü: bərkidilmiş / laminatlı
Sistemin maksimum hündürlüyü: 3000 mm
Pərdənin maksimum hündürlüyü: 2500 mm
Panelin maksimum eni: 800 mm

cam balkon, cam balkon sistemleri, cam balkon qiymetleri, serfeli cam balkon, turk istehsali cam balkon, cam balkon qurasdirilmasi

Cambalkon dedikdə,çərçivəsiz şüşələnmə nəzərdə tutulur. Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir. Cam-balkon sistemlərində istifadə edilən bütün şüşələr zərbəyə davamlı (temperli) şüşə olub, zərbə gücü maksimuma çıxardılmış və qırılma riski ən aşağı səviyyəyə endirilmişdir. İstəyiniz olsada şüşəni sındırmaq çox çətindir. Sınan zaman şüşə qırıntıları insana xəsarət yetirmir. Cambalkon sistemləri qış vaxtlarında balkonlarınızı külək və yağışdan qorumaq üçün vasitədir.

Balkonun qapanmasına baxmayaraq panoromik effektli mənzərə pozulmur. İlin dörd mövsümü istifadə edə biləcəyiniz cam-balkon sisteminin açılması bir və ya iki tərəfə mümkündür. Bu müştərinin (sifarişçinin) istəyindən və eyvanın formasından asılıdır. Cam balkon bağlama sistemlərində şüşə və alüminium üçün geniş rəng seçimi müştərilərə təqdim olunur.

Balkonlar düz olmaqla yanaşı oval, müxtəlif dərəcələrdə çoxbucaqlı ola bilər. Sistemin əsas xüsusiyyətləri, təbii işığın içəri daxil olması,estetik görünüşlü olması ile yanasi çərçivəsiz şüşələnmə sistemi eyvanın arxitektur quruluşunu pozmur.

Ümumilikdə cam balkonlar sürgülü və qatlanır olmaqla iki sistemə ayrılır.Hər iki sistemin tək və ikişüşəli(paket) növləri mövcuddur.İki şüşəli sistemlərin tək şüşəli sistemlərlə müqayisədə üstünlükləri daxili məkanda mövcud temperatur itkisinin qarşısının alınması və şüşənin tərləmə riskinin minimum olmasıdır.