Yeni pəncərələr üçün profil sistemi növünün seçilməsi yalnız sizin estetik tələblərinizə cavab verməklə yanaşı, həm də məhsulların texniki xüsusiyyətlərinə əsaslanmalıdır. Plastik və alüminium arasında bir çox fərqlər vardır ki, sifariş verilərkən bunlar nəzərə alınmalıdır.

           

Plastik pəncərələrin xüsusiyyətləri

Rahatlıq baxımından insanların tələbləri həmişə eynidir, əsas odur ki, otaq isti, təmiz və gözəl olsun. Plastik pəncərələr bu tələblərə tam cavab verir, üstəlik onlar geniş kütlə üçün əlçatandır. Plastik pəncərə sistemləri aşağıdakı üstünlüklərə malikdir:

  • Mükəmməl istilik və səs izolyasiyası.
  • Polivinilxlorid yanmaya davamlıdır.
  • Forma, rəng və ölçülərin müxtəlif çeşidlərinin böyük seçimi.

Alüminium pəncərələrin xüsusiyyətləri

Alüminium pəncərələrin isti və soyuq versiyaları mövcuddur. Soyuq versiyalarda profil kamerasının içərisinə isidici kimi yerləşdirilmiş polimer materialdan istifadə olunur. Bu izolyasiyanın olub-olmamasından asılı olmayaraq, metal pəncərə sistemləri aşağıdakı üstünlüklərə malikdir:

  • Yanğına davamlılıq – alüminium yanmır, onun əriməsi 650oC-dən yüksək temperaturda baş verir;
  • Uzunmüddətli xidmət;
  • Böyük ölçülü pəncərələri şüşələməyin mümkünlüyü.