Metaline Construction MMC – inşaat və sənaye sektorunda yerli bazarda 2004-cü ildən etibarən fəaliyyət göstərməkdədir. Öz sahəsində 10 ildən artıq təcrübəsi olan mühəndis-konstruktor heyətimizlə sizlərə yüksək standartlara cavab verən layihələrin icrası və montaj xidmətləri təklif edirik.

Şirkətimiz sənaye obyektlərinin, irihəcmli anbarların, anqarların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, daşına bilən konteyner tipli modul binaların istehsalı, boyanması, daşınma xidmətləri və quraşdırılmasını həyata keçirir.

Əsas fəaliyyət sahəmiz Metal konstruksiyalar və sənaye təyinatlı metal layihələridir. Öz təyinatına görə metal konstruksiyalar aşağıdakı əsas növlərə bölünür:
– Metal karkaslar, adətən, inşaatda istifadə olunur. Kənd təsərrüfatından tutmuş əyləncə sahəsinə qədər olan müxtəlif tipli tikintilərdə karkas kimi istifadə olunur. Bundan başqa, karkaslar, həm də rabitə qüllələri kimi də xidmət edə bilir.
– Kirişlər – inşaatda əvəzolunmaz sadə konstruksiyalardır. Karkas kimi, kirişlər də, insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində istifadə olunur.
– Blok-konteynerlər təhlükəsizlik və etibarlılıq baxımından uyğundur. Onların əsas istifadə sahəsi yol infrastrukturu və ya anbarlardır.
– Arakəsmə və çəpərlər möhkəmliyi ilə seçilərək, həm də, istehsalda sadədirlər.
– Xidmətçi konstruksiyalara sadə metal stullar və pilləkənlər aiddir. Onların məqsədi komfort və təhlükəsizliliyin təminatıdır.
Metal konstruksiyaların əsas üstünlükləri onların möhkəmliyi, yüngüllüyü, ətraf mühit şəraitinə dözümlü olmasıdır.