Şirkətimiz hovuzların layihələndirilməsindən başlayaraq tikintisi və texniki servisinə qədər bütün xidmətləri göstərir. Hovuz tikintisi zamanı ən çox önəm verdiyimiz nüans izolyasiya sisteminin yüksək keyfiyyətdə qurulmasıdır. Təhvil verdiyimiz hovuzlarda sızma və ya digər problemlərin yaranmayacağına rəsmi qaranti verilir. Şirkətimiz hovuz tikintisi və texniki servisi sahəsində zəngin təcrübəyə və peşəkar komandaya sahibdir. Hovuzların tikintisinə başlamamışdan əvvəl layihənin bütün mərhələləri qiymətləndirilməlidir. Hovuzun dizaynında nəzərə alınacaq ən vacib məqam nəzərdə tutulmuş istifadəyə uyğun qurulmasıdır. Hovuzun istifadə məqsədi və ölçüləri müəyyən edildikdən sonra hovuzun forması və yeri plan üzərində işləməklə müəyyən edilir. Hovuzlar insanların əyləncə və idman məqsədi ilə istifadə etdikləri bir tikinti növüdür. Bir hovuzun tikintisi zamanı onun dizaynı, layihəsi, tikintisi, dezinfeksiya sisteminin planı yüksək keyfiyyətlə hazırlanmalı və tətbiq olunmalıdır. Üzmə hovuzlarının suları rəngsiz, şəffaf və bioloji təmiz olmalıdır. İdeal bir hovuz suyu içməli suyun keyfiyyətinə uyğun olmalıdır, kimyəvi və bakterioloji nəzarət altında saxlanılmalıdır. Üzgüçülük hovuzundan faydalananlar bu sayədə davamlı, sağlam, təhlükəsiz və rahat istifadəni təmin etmiş olacaqlar