Layihəyə uyğun qəlibin hazırlanması, armatur karkasların toxunması və betonun tökülməsi keyfiyyət tələb etdiyi kimi, müvafiq işləri həyata keçirən əməkdaşlarımız yüksək keyfiyyətli material və tikinti texnologiyalarının tətbiqini də uyğun göstəricilərlə həyata keçirirlər.

Dəmir beton karkasların hazırlanması – Demir beton karkaslar həm hündürmərtəbəli binalar həm də şəxsi tikilən obyektler, evlər, və s. tikililər üçün şirkətimiz tərəfindən istehsal edilməkdədir. Belə ki, tikililərinizin təhlükəsizliyini və davamlılığını təmin etmək üçün demir beton karkasların tətbiqi şərtdir. Hündür binalar üçün istehsal olunan karkaslar nə qədər mürəkkəb olsa da sadə tikililər üçün hazırlanan karkaslar bir o qədər sadə texnologiya ilə hazırlanır. Ancaq bu onun davamsızlığına dəlalət etmir. Sadəcə sadə karkaslar ağırlıq və s. xüsusiyyətlər tikilən binaların ölçü və digər xüsusiyyətləri nəzər alınaraq hazırlanır. Belə ki, kiçik ölçülərə malik binalarda və sadə quruluşlu az mərtəbəsi olan evlərdə karkaslar daş sütünlar və dəmir beton ana tirlərdən hazırlanır. Hündür və mərtəbə sayı çox olan binalarda isə binanın tirləri, sütunlar, dam örtükləri, rigellər örtmələr sütunlar panellər, dam örtükləri binaların karkasını təşkil edir. Dəmir beton karkasların inşaat yerindəcə hazırlanması mümkün olsa da, onun daha davamlı və möhkəmliyinin təminatı baxımından bu cür mürəkkəb demir beton karkasların zavod şəraitində professional mühəndislər tərəfindən istehsal edilərək hazırlanması, möhkəmliyinə dair gərəkli testlərdən keçərək sizlərə təqdim edilməsi daha doğru hesab olunur.

Dəmir beton pilləkanlar – İstehsalını həyata keçirdiyimiz demir beton isleri xidməti olan pillekanların hazırlanması olduqca məsuliyyət tələb edən iş hesab olunaraq karkaslar qədər əhəmiyyət kəsb edir. “Metaline Construction” tikililər üçün xüsusi olaraq hazırlanmış dəmir beton pillekanlar də hazırlayaraq inşaat sektorlarına və fərdi sahibkarlara təqdim etməkdədir. Demir beton pillekanlar əsasən mərtəbələr arasında əlaqə yaradaraq mərtəbələri birləşdirir, onlar arasında əlaqə yaradır. Demir beton pillekanlar əsasən meydança, pillələr, məhəccər, marşdan ibarət olaraq hazırlanır. Pillekan marşlarında standart olaraq pillələrin sayı 7 ilə 13 pillə arasında olmalıdır. Belə ki, standartlara əsasən marşlarda pillələrin sayı 16-nı keçməyərək istehsal edilməlidir. Mərtəbələr arasında marşların sayı isə 2 bəzi hallarda 3 olur. Hündürmərtəbəli binalar üçün hazırlanan marşlar bütöv şəkildə istehsal olunmalıdır.

Dəmir beton balkonlar – Demir beton balkonların hazırlanması xidmətini həyata keçirən “Metaline Construction” şirkəti onların möhkəmliyinə təhlükəsizliyinə təminat verir. Demir beton balkonlar, döşəmə, məhəccər, yükgötürən konstruksiyadan ibarət olaraq hazırlanır. Demir beton balkonlarin yükgötürən hissəsi onu divara birləşdirən tava hissəsindən ibarətdir. Demir beton balkonlarin məhz tava hissəsi dəmir betondan düzəldilərək ərsəyə gətirilir.

Dəmir beton örtüklü hovuzlar- “Metaline Construction” şirkət olaraq sizlərə demir beton hovuzların hazırlanması üzrə demir beton islerini də təklif edirik. Hovuzların möhkəmliyini təmin etmək onları təbiət hadisələrinin yan təsirindən qorumaq niyyətiniz olduğu halda bu xidmətdən istifadə etmək şansınızı dəyərləndirə bilərsiniz. Belə ki, dəmir beton örtüklü hovuzların uzunmüddətli istifadəsi mümkündür ki, bu da illərlə hovuzların zədələnməsinin tez aşınaraq çatlamasının qarşısını alır.